18.12.2017

Məktəblilər arasında növbəti yarışma

Paytaxt məktəblilərindən ibarət daha 4 komanda arasında intellektual yarışma keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 45, 102, 126 və 135 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual oyununda qarşılaşıb.  Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Ordan-burdan”, “Biologiya” və “Hansı?” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 126 nömrəli tam orta məktəbin komandası qalib olub.

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.


 


Açar sözlər: ,  ,