21.12.2017

Məktəblilər arasında stolüstü tennis üzrə yarış 

Paytaxt üzrə ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyi təşkil edilib.       

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib.

BŞTİ-nin tabeliyindəki 258 nömrəli tam orta məktəbdə təşkil olunan birinciliyin final mərhələsində 8 komanda iştirak edib.

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 238 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. İSTƏK və Kaspi liseylərinin komandaları müvafiq olaraq II və III yeri tutub.

Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medalla təltif edilib.