22.12.2017

Məktəblilər istehsal müəssisələrində 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin istehsal müəssisələrinə ekskursiyaları təşkil olunur.

Zavod və fabriklərə ekskursiyaların təşkil edilməsində əsas məqsəd məktəbliləri istehsal sahələri və prosesi ilə tanış etmək, onların peşə seçiminə kömək göstərmək, həmçinin, asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaqdan ibarətdir.

Ekskursiyalar zamanı şagirdlərə zavod və fabriklərin iş prinsipi, məhsulların hazırlanma texnologiyası barədə məlumat verilir. Həmçinin, Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi və bu sahədə ixtisaslı kadrlara ehtiyacın artdığı məktəblilərin diqqətinə çatdırılır.

Ekskursiyalar çərçivəsində şagirdlər üçün istehsal müəssisələrinin fəaliyyətinə dair videoçarxlar nümayiş olunur, mütəxəssislər tərəfindən onları maraqlandıran suallar cavablandırılır.