25.12.2017

IX siniflər üzrə monitorinq 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib. 

BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsində əsas məqsəd Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdan ibarətdir.

Dekabrın 22-də təşkil olunmuş monitorinq zamanı məktəblilərə müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək üçün 1,5 saat vaxt verilib. Şagirdlər “Fırtına” mövzusunda ifadə yazıb və mətn əsasında 15 test sualını cavablandırıblar.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur. 


Açar sözlər: ,