26.12.2017

Bakı məktəblisi beynəlxalq yarışın qalibi olub

Paytaxt məktəblisi İranda idmanın üzgüçülük növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramil Vəlizadə 13-14 yaşlı oğlanlar arasında kəpənək üsulunda 100 metr məsafəyə üzmə yarışlarında qələbə qazanıb.  

R.Vəlizadə medal və diplomla təltif olunub.

Qeyd edək ki, turnirdə 5 ölkədən 100 üzgüçü mübarizə aparıb.