29.12.2017

Təhsil müəssisələrində bayram tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.

Tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.

Bayram tədbirlərində məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Həmçinin, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb.