05.01.2018

Məktəblilər bayram tətili günlərində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin bayram tətili günlərini səmərəli, maraqlı və əyləncəli keçirmələri üçün bir sıra tədbirlər təşkil edilib.

Bayram tətili günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə tarixi məkanlara, mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil olunub. Həmçinin, şagirdlər idman və yaradıcılıq dərnəklərinin imkanlarından yararlanıblar.

Bayram tətili günlərində tədbirlərin təşkilində məqsəd şagirdlərin asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki Uşaq-Gənclər İnkişaf mərkəzləri və İdman məktəbləri bayram tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Onu da qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 5 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri dekabrın 30-dan yanvarın 4-dək, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə dekabrın 31-dən yanvarın 4-dək tətildə olub.