06.02.2018

Paytaxt məktəblisindən daha bir qızıl medal

Paytaxt məktəblisi cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə qalib gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəşad Əhmədov çempionatda 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

Rəşad Əhmədov Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.

Qeyd edək ki, 2014-cü ildən kikboksinq və cüdo ilə məşğul olan R.Əhmədov həm ölkə, həm də beynəlxalq səviyyəli idman turnirlərinə qatılıb. Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə  dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 29 yarışda iştirak edən məktəbli 11 qızıl, 6 gümüş və 12 bürünc medal qazanıb.