08.02.2018

Uşaq hüquqları tədris olunur

Ümumi təhsil məktəblərində “Uşaq  hüquqlarının pilləli  tədrisi” proqramı çərçivəsində treninqlər  təşkil olunur.

Tədris proqramı Bakı Şəhəri  üzrə Təhsil İdarəsi  və Ombudsman Aparatının  birgə təşkilatçılığı ilə keçirilir.

Layihənin əsas məqsədi şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsini inkişaf etdirmək, ictimai fəallığını artırmaq, onlara mənəvi dəyərlər və vətənpərvərlik, sağlam həyat tərzi aşılamaq, eləcə də müvafiq fənn müəllimlərinə insan hüquqları sahəsində əlavə məlumatlar verməkdən ibarətdir.

Layihə çərçivəsində məktəblilərə Uşaq Hüquqları Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları izah edilir, onların hüquq və vəzifələri, eyni zamanda uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarının səlahiyyətləri barədə məlumat verilir.

Tədris proqramını mənimsəyən yuxarı sinif şagirdlərinə aşağı siniflərdə təhsil alanlar üçün uşaq hüquqlarına dair treninqlər keçirmək imkanı verilir. Onlar bu sahədə öyrəndikləri bilkləri həmyaşıdlarına aşılayırlar.

Qeyd edək ki, hər il keçirilən “Uşaq hüquqları üzrə pilləli tədris proqramı”na ölkənin 150-dən çox məktəbi cəlb edilib. Fərqlənən 8700-dən artıq şagird sertifikatla təltif edilib, 700-dən çox müəllim və direktor isə təşəkkürnamə alıb.


Açar sözlər: ,  ,