27.02.2018

Məktəblilər arasında basketbol yarışları

Paytaxt məktəbliləri arasında basketbol idman növü üzrə yarışlar keçirilib.

Yarışlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 193 nömrəli tam orta məktəbin idman zalında təşkil edilib.

Yarışlarda Nərimanov rayonu üzrə ümumi təhsil müəssisələrinin oğlan və qızlardan ibarət komandaları ayrı-ayrılıqda mübarizə aparıb. Oğlanlar arasında təşkil olunan yarışlara 21, qızlar arasında keçirilən yarışlara 18 komanda qatılıb.

Nəticələrə əsasən, oğlanlar arasında təşkil edilən yarışlarda 45 və 212 nömrəli tam orta məktəblərin, eləcə də Məktəb Lisey Kompleksin komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülüb. Qızlar arasında keçirilən yarışlarda isə 212, 45 və 82 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri tutub.

Qalib komandalar diplom və medallarla təltif edilib.