07.03.2018

Paytaxt məktəblisindən möhtəşəm qələbə

Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq  turnirdə I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.

F.İdrisov medal və diplomla təltif olunub.

Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.

Qeyd edək ki, 7 ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq  turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc  medal qazanıb.


Açar sözlər: