07.03.2018

Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin xanım əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Məhəbbət Vəliyeva ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu söyləyən idarə müdiri xanımların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutmasını yüksək qiymətləndirib.

Sonra BŞTİ kollektivinin qadın üzvlərinə səmimi arzularını bildirən idarənin müdir müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində,  cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.

Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına BŞTİ-nin hədiyyələri və İdarə Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları verilib.