29.03.2018

Bakı məktəblərində iməciliklər

Paytaxt məktəblərində yazın gəlişi ilə əlaqədar iməciliklər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində iməciliklər şagirdlərin təşəbbüsü ilə təşkil edilir.

İməciliklərin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

Müəllim və şagirdlərin iştirak etdiyi iməciliklər zamanı məktəblərin həyətyanı sahələrində təmizlik işləri aparılır, həmçinin, müxtəlif növ ağac və gül kolları əkilir, bitkilərə aqrotexniki qulluq göstərilir.