29.03.2018

Sağlam qidalanma – sağlam gələcək

Məktəbyaşlı uşaqların sağlam qidalanması əsas amil kimi diqqət mərkəzindədir. Məktəblilərin necə qidalanması məsələsinə ailədə valideynlər birbaşa nəzarət etsə də, ümumi təhsil müəssisələrində uşaqların düzgün qidalanmasına necə nəzarət olunduğu maraq doğurur.

Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına uyğun aparılır və daim nəzarətdə saxlanılır.

Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə nəzarət edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir, nəticələr təhlil olunur və ehtiyac olduğu halda, zəruri tədbirlər görülür. Məktəbdə satışı qadağan olunmuş hər hansı məhsulun bufetdə olmamasına ciddi nəzarət edilir. Odur ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir.

Məktəb bufetlərinə verilən qidalar və yeməklər bütün təhsil müəssisələrində eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəb bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər.

Bütün bunlar barədə ATV-nin hazırladığı sujeti təqdim edirik.


 


Açar sözlər: ,  ,