30.03.2018

Avropadan qızıl medalla qayıdan paytaxt məktəblisi

Bakı məktəblisi Almaniyada sərbəst güləş  üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Texniki-Humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov  54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanıb.

Məktəbli diplom və kubokla təltif olunub.

B.Məmmədov sərbəst güləş idman növü ilə qısa müddət məşğul olmasına baxmayaraq,  həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.


Açar sözlər: ,  ,