02.04.2018

Yeni müsabiqəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə start verilib.

Məktəblilərin biologiya elminə olan marağının  daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.

Müsabiqənin məktəbdaxili mərhələsində iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq  biologiya fənni üzrə 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirirlər.

Müsabiqənin I mərhələsi aprelin 23-də yekunlaşacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq.

Gənc bioloqların yaradıcılıq müsabiqəsinin II mərhələsi 25-30 aprel tarixlərində keçiriləcək. II mərhələdə hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin III mərhələsi isə 2-7 may tarixlərində baş tutacaq.


“Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri


Açar sözlər: ,  ,  ,