02.04.2018

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb.  

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil NazirliyiHeydər Əliyev FonduYeni Azərbaycan PartiyasıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur.

Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən olan 104 nəfər şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış İşçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir, onların çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.


Açar sözlər: ,