05.04.2018

Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir.

Layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunublar.

Mart ayı ərzində Nizami rayonu üzrə 210, Pirallahı rayonu üzrə 235, Sabunçu rayonu üzrə 78, Suraxanı rayonu üzrə 232 və Xəzər rayonu üzrə 323 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi”, "Səs-küy çirklənməsi" və “Nə edək?“ mövzularında maarifləndirici təqdimatlar keçirilib.

Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsi tədris ilinin sonunadək paytaxtın digər ümumi təhsil məktəblərində davam edəcək.


Açar sözlər: ,  ,  ,