12.04.2018

“Buta” beynəlxalq festivalda birinci olub 

Paytaxt məktəblisinə məxsus ”Buta” rəsmi İtaliyada keçirilən beynəlxalq rəsm festivalında I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 328 nömrəli tam orta məktəbin X sinif şagirdi Bəhruz Zamanlıya aid rəsm İtaliyanın Rimini şəhərində 28 ölkənin qatıldığı “İtalian Break” adlı mədəniyyət və incəsənət festivalında uğur qazanıb. Onun “Buta” rəsmi medal, diplom və sertifikata layiq görülüb.

Bundan əlavə, B.Zamanlı yenidən İtaliyada keçiriləcək beynəlxalq “İtalian Break” adlı mədəniyyət və incəsənət festivalında iştirak etmək üçün dəvət alıb, eləcə də “Play 2018” internet müsabiqəsinə qatılmaq şansı əldə edib.

Qeyd edək ki, 2012-ci ildən rəsmlə məşğul olan məktəbli bir sıra ölkədaxili yarışlarda da yüksək nailiyyətlər əldə edib.


Açar sözlər: ,  ,  ,