14.04.2018

Məntiq Olimpiadasının məktəbdaxili mərhələsi keçirilib

Aprelin 14-də Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib.

Olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Bilik yarışı saat 10:00-da başlayıb, 11:30-da bitib. Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Olimpiadanın final mərhələsi mayın 26-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt ayrılacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.       

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

 

“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri


Açar sözlər: ,  ,  ,