26.04.2018

Velosiped idman növünə həsr olunmuş yarışlar davam edir

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Qaradağ rayonları üzrə rayondaxili mərhələsi başa çatıb.

Yarışlara Nərimanov rayonu üzrə 21 məktəbdən 130, Nəsimi rayonu üzrə 19 məktəbdən 120, Səbail rayonu üzrə14 məktəbdən 90, Qaradağ rayonu üzrə 22 məktəbdən 140 nəfər şagird qatılıb.

Yarışın nəticələrinə əsasən rayonlar üzrə I, II, III yeri tutan məktəblərin komandaları kubok və diplomlarla təltif edilib.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan  marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.