30.04.2018

Bakı məktəblisi beynəlxalq festivalda birinci olub

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq incəsənət festivalında birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7 nömrəli tam orta məktəbin III sinif şagirdi Uğur Məmmədli rəqs ifası üzrə kubok, I dərəcəli diplom və medalla təltif olunub.

U.Məmmədli bu qələbəsi sayəsində iyun ayında İtaliyada beynəlxalq festivalda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, paytaxtda təşkil olunan "Testene-Art" adlı beynəlxalq festivala 300-ə yaxın yerli və xarici iştirakçı qatılıb.