03.05.2018

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri

Ümumi təhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının paytaxt üzrə rayon birinciliyinin qalibləri bəlli olub.

Belə ki, paytaxtın Yasamal rayonu üzrə 20, Xətai rayonu üzrə 263, Binəqədi rayonu üzrə 100, Xəzər rayonu üzrə 206, Sabunçu rayonu üzrə 142, Qaradağ rayonu üzrə 184, Nizami rayonu üzrə 220, Nəsimi rayonu üzrə 23, Nərimanov rayonu üzrə 258, Suraxanı rayonu üzrə 285 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə isə160 nömrəli Klassik Gimnaziyanın komandası qalib olub.

Rayon birinciliyinin qalib komandaları diplom və kubokla təltif olunublar.

Qaliblər mayın 5-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.   

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Təhsil NazirliyiGənclər və İdman NazirliyiMüdafiə NazirliyiFövqəladə Hallar NazirliyiMədəniyyət NazirliyiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilir.


Açar sözlər: