18.05.2018

Müsabiqəyə yekun vurulub

Paytaxt məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqilliyimiz  əbədidir” adlı  inşa yazı müsabiqəsinin qalibləri bəlli olub.

IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqədə ümumilikdə 264 məktəbli iştirak edib. Nəticələrə əsasən, 9 nəfər I, II və III, 5 nəfər isə həvəsləndirici yerlərə sahib olub.

Belə ki, 111 nömrəli tam orta məktəbin şagirdi Fidan Sultanova, 187 nömrəli tam orta məktəbin şagirdi Bikəxanım Cəbrayılova, 261 nömrəli məktəb-liseyin şagirdi İpək Məmmədli I, 87 nömrəli tam orta məktəbin şagirdi Ayşən Məmmədova, 296 nömrəli tam orta məktəbin şagirdi Xəyalə İbrahimova, 158 nömrəli tam orta məktəbin şagirdi Günay Novruzova II, 96 nömrəli tam orta məktəbin şagirdi Fidan Əfəndiyeva, 263 nömrəli tam orta məktəbin şagirdi Aytac Şahbazova və 61 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əhmədli isə III yerə layiq görülüb.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən inşa yazı müsabiqəsinin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.