21.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! - II

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

 

 Mahmudlu Lamiyə Elxan qızı 

      

9 sentyabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 115 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 115 nömrəli  tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya üzrə II yerə layiq görülüb. 2017-2018-ci ildə keçirilən qəbul imtahanında 622 bal toplayıb. 2016-2017-ci tədris ilində “Ekolab” layihəsində məktəb komandası daxilində II yerə layiq görülüb.

Musiqiyə böyük marağı var, pianoda ifa etməyi bacarır. Arzusu iqtisadçı olmaqdır.

 

 

 

 

 

Rufulla Vüqar Ceyhun oğlu 

 

6 yanvar 2002-ci ildə anadan olub. 2008-ci ildə Bakı şəhəri 261 nömrəli məktəb-liseyin I sinfinə qəbul olub. Hazırda 261 nömrəli  məktəb-liseyin X sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə I yerə layiq görülüb.

Arzusu hüquqşunas olmaqdır.

 

 

 

 

 

 

 

 

 

Məmmədova Aytac Abuzər qızı

 

12 fevral 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 89 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 89 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Fəal və yüksək davranışı ilə fərqlənən şagirdlərdəndir.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində 2016-cı ildə II yerə, 2017-ci ildə III yerə, 2018-ci ildə isə I yerə layiq görülüb. 2018-ci ildə qəbul imtahanında III qrup üzrə 675 bal toplayıb.

Arzusu hüquqşünas olmaqdır.

 

 

 

 

 

 

 

 

Mirtalıbova Röya Mirtaleh qızı

 

 14 dekabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 35 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 35 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir.

2016-2017-ci ildə Amerika səfirliyi və Azad Müəllimlər İctimai Birliyinin birgə təşkil etdiyi konfransda “Uğurlu gələcəyə 10 il!” mövzusunda çıxış edərək qalib olub. Diplomatiya sahəsinə böyük marağı var. Hüquqşünaslıq ixtisasına yiyələnmək arzusundadır. Ali məktəbdə SABAH qruplarında təhsil almağı düşünür. Ali məktəblərə qəbul imtahanının I turunda 685 bal toplayıb, II turda 700 bal toplamağı hədəfləyir.

 

 

 

 

 

 

 

Müslümova Sevinc Vahid qızı

 

 9 iyun 2003-cü ildə anadan olub. 2009-cu ildə Bakı şəfəri 234  nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Hazırda 234 nömrəli tam orta məktəbin IX sinif şagirdidir.

2017-2018-ci tədris ilində Respublika Fənn olimpiadalarında Azərbaycan dili üzrə III yeri tutub.

Ədəbiyyata, mütaliəyə böyük marağı var. Filoloq olmağı arzulayır.


Açar sözlər: