24.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! - V

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

 

Məmmədzadə Ülviyyə Əlibala qızı 

 

8 dekabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 196 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 196 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə III yerə layiq görülüb və bürünc medalın sahibi olub. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarında 646 bal toplayıb.

Bədii qiraətə böyük marağı var.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olmağı arzulayır.

 

 

 

 

 

 

Qəmbərov Hüseyn Cabbar oğlu 

 

28 dekabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə qəbul olub. Hazırda 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir.

2015-2016-cı və 2016-2017-ci tədris illərində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə həvəsləndirici yeri tutub və sertifikatla təltif edilib.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında isə informatika fənni üzrə II yerə layiq görülüb.

Texniki fənlərə və alman dilinə böyük marağı var.

Arzusu xarici ölkədə təhsil almaq və ölkəmizi layiqincə təmsil etməkdir. 

 

 

 

 

 

Məmmədova Ayna Famil qızı

 

 25 yanvar 2001-ci ildə anadan olub. Ayna Məmmədova ibtidai təhsilini Bakı şəhəri üzrə 257 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildən paytaxtdakı 192 nömrəli tam orta məktəbdə təhsilin davam etdirir. Hazırda 192 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. İstedadı və təfəkkürü ilə fərqlənən şagirdlərdəndir.

2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə yarımfinal mərhələsinə qədər yüksəlib. 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında isə eyni fənn üzrə III yerə layiq görülüb. 2018-ci ildə ali məktəblərə qəbul imtahanlarında 654 bal toplayıb.

Texniki fənlərə böyük marağı var.

Arzusu iqtisadçı olmaqdır.

 

 

 

 

 

 

Mirzəyeva Fəxrəndə Rəfail qızı 

 

26 aprel 2001-ci ildə anadan olub. 2008-ci ildə Bakı şəhəri 274 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 274 nömrəli məktəbin X sinif şagirdidir. Fəal və nümunəvi davranışı ilə fərqlənən şagirdlərdəndir.

2016-2017-ci ildə Respublika  Fənn Olimpiadalarında tarix fənni üzrə I, 2017-2018-ci ildə isə həmin fənn üzrə III yerə layiq görülüb.

Tarix fənninə böyük marağı var.

Hüquqşünas olmağı arzulayır. 

 

 

 

 

 

 

 

 

Əliyev Cavad Höccət oğlu 

 

11 iyul 2003-cü ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 127 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 127 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir.

2017-2018-ci tədris ilində Qaradağ rayon məktəbliləri arasında keçirilən “Konstitusiyanı öyrənirik” olimpiadasında I yerə layiq görülüb.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə gümüş medalın sahibi olub.

Musiqiyə böyük marağı var. Tarixi kəşflərlə maraqlanır.

Arzusu hüquqşünas olmaqdır.