26.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! – VII

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

Hüseynova Sevgin Elçin qızı 

 

3 yanvar 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 53 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 53 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir.

2017-ci ildə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionatda II, “Xəmsə” milli intellektual oyunu üzrə birincilikdə isə III yeri tutub.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə III yerə layiq görülüb. 2018-ci ildə ali məktəblərə qəbul imtahanlarında 652 bal toplayıb.

Musiqiyə böyük marağı var, pianoda ifa etməyi bacarır.

Arzusu Kanadada təhsil almaqdır. 

 

 

 

 

 

 

İsayev Asim Asif oğlu 

 

17 fevral 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 72 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 72 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. İstedadı və təfəkkürü, səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə II yeri tutaraq gümüş medalın sahibi olub. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarının I turunda 578 bal toplayıb, II turda 700 bal toplamağı qarşısına məqsəd qoyub.

Voleybol idman növünə böyük marağı var. Məktəbin voleybol komandasının üzvüdür.

Diplomat olmağı arzulayır.

 

 

 

 

 

Heydərova Nuranə Arif qızı 

 

13 avqust 2003-cü ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 76 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Hazırda 76 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2017-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsində I yeri tutaraq fəxri fərmanla təltif edilib.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə I yeri tutaraq qızıl medalın sahibi olub.

Kitab oxumağa və şahmata böyük marağı var. İntellektual verilişləri izləyir.

Həkim olmağı arzulayır.

 

 

 

 

 

 

Əfəndi Ömər Elxan oğlu 

 

17 dekabr 2004-cü ildə anadan olub. 2011-ci ildə Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə gedib. Hazırda 160 nömrəli Klassik Gimnaziyanın VII sinif şagirdidir. Nümunəvi və çalışqan şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə III yeri tutaraq bürünc medalın sahibi olub.

İKT sahəsinə böyük marağı var.

Proqramçı olmağı arzulayır.

 

 

 

 

 

 

 

 

 

 

Kərimli Aydan Cəsarət qızı 

 

12 sentyabr 2003-cü ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 196 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 196 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində fəal iştirakı ilə fərqlənir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə III yerə layiq görülüb və bürünc medalın sahibi olub.

Mütaliəyə böyük marağı var.

Hüquqşünas olmağı arzulayır.