29.05.2018

Daha dörd komanda intellektual yarışda

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda güclərini sınayıb.

Növbəti qarşılaşmada 49, 85, 115 və 145 nömrəli tam orta məktəblərin komandaları iştirak edib.  Məktəblilər “Azərbaycan dili”, “Fizika”, “Coğrafiya”, “Şah İsmayıl Xətai” və  “Tapmaca” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 115 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.