30.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! – VIII

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının (Az.edu.az) birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

Əhmədov Əli İlham oğlu 

 

5 fevral 2002-ci ildə anadan olub. 2008-ci ildə Bakı şəhəri 204 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 204 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində fəal iştirakı ilə fərqlənən şagirdlərdəndir.

2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə II, 2017-2018-ci tədris ilində isə həmin fənn üzrə III yeri tutub.

Futbola böyük marağı var.

Arzusu ali məktəblərə qəbul imtananında 700 bal toplamaqdır.

 

 

 

 

 

 

 

 

 

Cəfərova Gülşən Əlövsət qızı 

 

18 fevral 2003-cü ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 3 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 3 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında Azərbaycan dili  fənni üzrə III yerə layiq görülüb.

Musiqiyə böyük marağı var.

Arzusu hüquqşünas olmaqdır.

 

 

 

 

 

 

 

 

 

 

Dünyamalıyev Zeynal Hafiz oğlu 

 

24 noyabr 2003-cü ildə anadan olub. 2009-cu ildə Naxçıvanda Kolanı kənd orta məktəbində I sinfə qəbul olub. 2010-cu ildən Bakı şəhəri 165 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda həmin məktəbin IX sinif şagirdidir. Sakit və təmkinli olması ilə fərqlənən şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə II yerə layiq görülüb.

Bədii qiraətə, mütaliəyə böyük marağı var.

Arzusu iqtisadçı olmaqdır.

 

 

 

 

 

 

 

 

 

Sofiyev Sərdar Araz oğlu 

 

25 fevral 2005-ci ildə anadan olub. 2011-ci ildə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 275 nömrəli tam orta məktəbin VII sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.

2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə finala qədər yüksəldiyi üçün sertifikatla təltif edilib.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında isə informatika fənni üzrə bürünc medalın sahibi olub.

İKT-yə böyük marağı var.

Proqramçı olmağı arzulayır.

 

 

 

 

 

 

Rzayeva Xanım Əvəz qızı 

 

23 may 2003-cü ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 218 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 218 nömrəli məktəbin IX sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə qızıl medalın sahibi olub.

Ədəbiyyata, mütaliəyə böyük marağı var.

Coğrafiya müəllimi olmağı arzulayır. Ən böyük arzusu isə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamaqdır.