31.05.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! – IX

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının -  AzEdu.az-la birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

Məmmədzadə Zahir Elbrus oğlu 

 

31 may 2002-ci ildə anadan olub. Zahir Məmmədzadə ibtidai təhsilini Bakı şəhəri 236 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildən paytaxtdakı 239 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda 239 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir; 

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə qızıl medalın sahibi olub.

Humanitar elmlərə böyük marağı var.

Arzusu yüksək bal toplayaraq Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinə qəbul olmaqdır.

 

 

 

 

 

 

 

Məmmədova Şəhri Vüqar qızı 

 

21 avqust 2002-ci ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin I sinfinə qəbul olub. Hazırda 220 nömrəli məktəb-liseyin IX sinif şagirdidir. Fəal və nümunəvi  davranışı ilə fərqlənən şagirdlərdəndir.

2016-2017-ci  tədris ilində BŞTİ tərəfindən keçirilən “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə 220 nömrəli məktəb-liseyin komandası tərkibində I yerə layiq görülüb.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə III yeri tutub.

Mütaliəyə böyük marağı var.

Həkim olmağı arzulayır.

 

 

 

 

 

 

 

Cəlilov Amin Uğur oğlu 

 

31 mart 2004-cü ildə anadan olub. 2010-cu ildə  Bakı şəhəri 145  nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. 2016-cı ildən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda 269 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə III yeri tutaraq bürünc medalın sahibi olub.

Texniki fənlərə böyük marağı var.

Proqramçı olmağı arzulayır.

 

 

 

 

 

 

 

 

Bayramova Samirə Elxan qızı 

 

8 fevral 2002-ci ildə anadan olub. 2009-cu ildə Bakı şəhəri 281 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 281 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Pilot sinifdə təhsil alır. İstedadı və təfəkkürü, səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutaraq bürünc medalın sahibi olub.

Musiqiyə böyük marağı var.

Arzusu menecment olmaqdır.

 

 

 

 

 

 

 

 

Aslanzadə Kəmalə Elşən qızı 

 

24 noyabr 2001-ci ildə anadan olub. 2008-ci ildə Bakı şəhəri 288 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 288 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində fəal iştirakı ilə fərqlənir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə III yeri tutaraq bürünc medalın sahibi olub.

Mütaliəyə böyük marağı var.

Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni toplayaraq universitetə daxil olmağı arzulayır. 

 

 

 

 

 

 

 

 

Umudov Zakir Rəşad oğlu 

 

12 noyabr 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 299 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 299 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi və çalışqan şagirdlərdəndir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə II yeri tutaraq gümüş medalın sahibi olub. 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sınaq imtahanında 700 bal toplayıb. Həmin il ali məktəblərə qəbul imtahanlarında isə 676 bal toplayıb.

Gitara musiqi alətində ifaya böyük marağı var. İngilis dilində sərbəst danışa bilir.

Arzusu xarici ölkədə təhsil almaqdır.