01.06.2018

Olimpiada qalibləri: Onları siz də tanıyın! – X

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının -  AzEdu.az-la birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın.

 

Səddatimov Rafael Şahin oğlu 

 

9 sentyabr 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 27 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 27 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2016-cı ildə  “Sabahın alimləri” respublika müsabiqəsində III yeri tutub.

2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə gümüş, 2017-2018-ci tədris ilində isə həmin fənn üzrə qızıl medalın sahibi olub.

İKT-yə böyük marağı var.

Kompüter mühəndisi olmağı arzulayır.

 

 

 

 

 

 

Novruzlu Ayxan Musa oğlu 

 

15 yanvar 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 36 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda həmin məktəbin XI sinif şagirdidir. Sakit və təmkinli olması ilə fərqlənən şagirdlərdəndir.

2015-2016-cı tədris ilində IX sinfi fərqlənmə şəhadətnamə ilə bitirib.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə II yeri tutaraq gümüş medalın sahibi olub. 2018-ci ildə ali məktəblərə qəbul imtahanlarında 608 bal toplayıb.

İntellektual oyunlara, coğrafiya və tarix fənlərinə böyük marağı var.

Məktəbi fərqlənmə attestatı ilə bitirməyi arzulayır.

 

 

 

 

 

 

 

 

Mustafayev Əfrəddin Qabil oğlu 

 

3 noyabr 2002-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 313 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 313 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.

2017-2018-ci ildə “Qələbəyə doğru” kuboku uğrunda “Xəmsə” milli intellektual oyununda 313 nömrəli tam orta məktəbin komandası tərkibində I yerə layiq görülüb.

2016-2017-ci və 2017-2018-ci tədris illərində Respublika Fənn Olimpiadalarında tarix fənn üzrə III yeri tutub.

Futbola böyük marağı var.

Hüquqşünas olmağı arzulayır.

 

 

 

 

 

 

Qasımov Yusif İsa oğlu 

 

16 avqust 2004-cü ildə anadan olub. 2010-cu ildə 220 nömrəli məktəb-liseyin I sinfinə qəbul olub. Hazırda 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdidir. İstedadı və təfəkkürü, səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir.

2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə I yeri tutub. 2017-2018-ci ildə Respublika Fənn Olimpiadalarında VIII sinifdə oxumasına baxmayaraq IX siniflərlə yarışda I yerə layiq görülüb.

Texniki fənlərə böyük marağı var.

Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamağı arzulayır.

 

 

 

 

 

 

 

Kərimova Nuranə Rüfət qızı 

 

17 dekabr 2001-ci ildə anadan olub. 2008-ci ildə Bakı şəhəri 301 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 301 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Nümunəvi və fəal şagirdlərdəndir.

2017-2018-ci ildə Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə III yerə layiq görülüb.

Bədii əsərlər oxumağa və rəqs etməyə böyük marağı var.

Hüquqşünas olmağı arzulayır.

 

 

 

 

 

 

 

 

 

Məmmədli Xanım Salam qızı 

 

11 sentyabr 2000-ci ildə anadan olub.  2008-ci ildə Bakı şəhəri 316 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 316 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Fəal və nümunəvi  davranışı ilə fərqlənən şagirdlərdəndir.

2017-2018-ci ildə Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə II yerə layiq görülüb. 2018-ci ildə ali məktəblərə qəbul imtahanlarında 676 bal toplayıb.

Mütaliəyə böyük marağı var.

Xarici ölkədə təhsil almağı və hüquqşünas olmağı arzulayır.


Açar sözlər: ,