01.06.2018

Müəllim və valideynlər qəbul edilib

İyunun 1-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə 314 nömrəli tam orta məktəbdə  keçirilmiş qəbula gələn vətəndaşlar uşaqların məktəbə qəbulu, məktəblərin təmiri, maddi-texniki təminatı, əlavə korpusun tikilməsi, diaqnostik qiymətləndirmə və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: