04.06.2018

Təhsil müəssisəsində sərgi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 114 nömrəli tam orta məktəbdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi keçirilib.

Bakı şəhəri 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Bənövşə Paşayevanın rəhbərliyi ilə təşkil olunan sərgidə 15 şagirdin əl işlərindən ibarət rəsmlərə baxış keçirilib. Sərgidə məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə aid rəsmlər nümayiş etdiriblər.

Sonda şagirdlər məktəb rəhbərliyi və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplom və təşəkkürnamə ilə mükafatlandırılıblar.