21.09.2018

Təhsil nazirinin müavini Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Sentyabrın 21-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb.

Görüşdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.