30.11.2018

Müəllim və valideynlər qəbul edilib

Noyabrın 30-da paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 252 nömrəli tam orta məktəbdə Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar tədrisin daha səmərəli təşkili, təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, şagirdlərin dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.


Açar sözlər: