09.01.2019

Dil təkmilləşdirmə təlimləri keçirilir

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçirilir.

Dil təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

“British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis imtahanının nəticələrinə əsasən, Yasamal, Nizami, Nərimanov və Nəsimi rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində həyata keçirilir.

Dil təkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər “Uğur üçün tədris” (SPEX) layihəsinin növbəti mərhələsi olan Metodologiya təlimlərinə cəlb olunacaqlar.

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.