31.01.2019

Birinci yarımilin yekunlarına dair Pedaqoji Şura iclasları

Ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şuraların iclasları təşkil olunur.

İclasların keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

İclaslarda 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, qarşıda duran məsələlər və digər mövzular ətrafında müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir. Müəllimləri maraqlandıran suallar cavablandırılır.

Pedaqoji Şura iclaslarının sonunda fəaliyyətində fərqlənən müəllimlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olunur.