04.04.2019

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Şagirdlərimizin Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesini təkmilləşdirmək məqsədilə Rusiya Federasiyasından  mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları Maksim Kozlov və Yuriy Andreyevdir.

Martın 25-dən başlayan dərslər aprelin 7-dək davam edəcək. Dərslərdə kimya fənni üzrə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin müxtəlif ümumtəhsil məktəblərindən olan dinləyiciləri iştirak edir, bilik və bacarıqlarını artırırlar.

Qeyd edək ki, kimya fənni üzrə milli komandamız 21-27 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək.

Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində 17-24 mart tarixlərində "Novruz" düşərgələri təşkil edilib.

Belə düşərgələrin cari ilin iyul-avqust aylarında bir neçə dəfə təşkili planlaşdırılır.

Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.