24.04.2019

Beynəlxalq yarışın gümüş medalçısı

Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib. Belə ki, 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev 21-24 aprel 2019-cu il tarixində Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında II yeri tutub və gümüş medala layiq görülüb.

Qeyd edək ki, yarışda 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb.

Onu da qeyd edək ki, beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında da azərbaycanlı məktəblilər var.