31.05.2019

Maarifləndirici təlimin ikinci günü

Mayın 31-də Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ikinci günü öz işinə başlayıb. 

Günün birinci yarısında İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Təhsil mövzusu mətbuatda”, İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi”, Aparat rəhbərinin müavini, Elm, ali və orta  ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev isə “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı” mövzularında təqdimatlarla çıxış ediblər. 

Daha sonra Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Təqaüdlərin və təqaüd yerlərinin artımı” və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsildə İKT”  mövzularında təqdimatları diqqətə çatdırıblar. 

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması,  media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlim işini davam etdirir.