11.06.2019

Beynəlxalq turnirin çempionları

Paytaxt məktəbliləri Gürcüstanda yeniyetmələr arasında keçirilən karate üzrə beynəlxaq turnirdə I yerin qalibi olub. Belə ki, 95 nömrəli tam orta məktəbin şagirdləri Polad Abdulrəzimov və Rəyyan Abbaslı, 278 nömrəli tam orta məktəbin şagirdi Rəşid Rəşidov, 58 nömrəli tam orta məktəbin şagirdi Davud Həsənli, 269 nömrəli tam orta məktəbin şagirdi Əhməd Şəfiyev, 261 nömrəli məktəb-liseyin şagirdi Nihad Abıyev və “Zəngi” liseyinin şagirdi Zakir Məmmədli bütün rəqibləri üzrərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Bundan başqa, turnirdə 278 nömrəli tam orta məktəbin şagirdi Valeh Əhmədov, 171 nömrəli tam orta məktəbin şagirdi Çingiz Həşimov, 145 nömrəli tam orta məktəbin şagirdi Yusif Məmmədli və 249 nömrəli tam orta məktəbin şagirdi Rəhman Sadıxov II, 145 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədli isə III yeri tutub.

Turnirin finalında azərbaycanlı idmançıların məğlub etdikləri rəqibləri arasında erməni idmançılar da olub.

Qeyd edək ki, ümumilikdə yarışda 704 idmançı mübarizə aparıb. Azərbaycanı təmsil edən idmançılardan 7-si I, 4-ü II, 1-i isə III yeri tutub. İdmançıların məşqçi müəllimi Azərbaycan Kiokuşin Karate KVF təşkilatının rəhbəri Rza Mustafayevdir.