15.08.2019

Şagirdlərin elektron yerdəyişməsi

Avqustun 15-də saat 15:00-dan etibarən şagird yerdəyişməsi sistemi istifadəyə verilib.

Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.  

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.


Açar sözlər: ,