07.10.2019

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

10-12 oktyabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq.

Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq.  İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər  və “Təhsil TV”  Media Mərkəzi təqdim olunacaq.

Sərgidə Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Dillər UniversitetiBakı Mühəndislik UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAzərbaycan-Fransız Universiteti (UFAZ)Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiAzərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan Texniki UniversitetiBakı Slavyan UniversitetiSumqayıt Dövlət UniversitetiGəncə Dövlət UniversitetiLənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edəcək.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və  ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.

Sərgiyə giriş 9-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil sektorunun peşəkarları üçün açıqdır.

Qeyd edək ki, təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir. 

Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, eləcə də  Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.