12.12.2019

Ulu öndərə həsr olunmuş dünya çempionatının qalibi

Fiziki məhdudiyyətli paytaxt məktəblisi ulu öndər Heydər Əliyevə həsr olunmuş dünya çempionatında qalib gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 22 nörməli tam orta məktəbin IV sinif şagirdi Amin İmanov kikboksinq idman növü üzrə Bakıda keçirilən dünya çempionatında 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medal, çempionluq kəməri və diplomla təltif olunub.

Qeyd edək ki, bu, Amin İmanovun ilk qələbəsi deyil, 2017-ci ildən idmanla məşğul olan məktəbli beynəlxalq və ölkədaxili yarışlarda ümumilikdə, 14 qızıl və 2 bürünc medal qazanıb.