19.12.2019

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 20-si (saat 12:00) başa çatır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən sənədləri qəbul edilmiş eksternlər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.


Açar sözlər: