09.05.2020

Virtual sərgi: istedad və məhəbbətin ifadəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi davam edir.

4-10 may tarixlərini əhatə edən sərginin təşkil olunmasının əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdən ibarətdir.

Qeyd edək ki, hər il ulu öndərin anadan olmasının ildönümü ərəfəsində BŞTİ tərəfindən təşkil olunan ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb.

Sərgidə iştirak etmək istəyən şagirdlərin əl işləri məktəb direktorları tərəfindən mk@baku.edu.gov.az elektron poçt ünvanına göndərilə bilər.

Sərgidə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işləri idarənin rəsmi internet saytı və sosial şəbəkə səhifələri vasitəsilə sərgilənir. Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunur.


Ətraflı: https://www.facebook.com/pg/bakuedu.gov.az/photos/?tab=album&album_id=2063126050500125