11.06.2020

Teledərslər yeni formatda başlayır

İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

Teledərslər "İnteqrativ dərslər” formatında təqdim olunacaq.

Əziz şagirdlər, hər birinizi dünyanın tam mənzərəsini anlamağa imkan yaradan inteqrativ dərsləri izləməyə dəvət edirik. Həftəiçi hər gün saat 09:30-dan 12:00-dək inteqrativ dərsləri izləməyi unutmayın.

Qeyd edək ki, COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb.   Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.