12.06.2020

Tədris digər dildə aparılan bölmələr üzrə I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə I sinfə qəbul üçün onlayn müsahibələr hansı qaydada həyata keçirilir?

İyunun 16-sı saat 16:00-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımda onlayn müsahibələrlə bağlı bütün suallara aydınlıq gətiriləcək.

Sualları BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov cavablandıracaq.

Vətəndaşlar onlayn müsahibələrə dair suallarını öncədən və ya canlı yayım zamanı şərhlər bölməsinə yaza bilərlər.