30.06.2020

Bakı məktəblisindən yeni sərinləndirici modeli

Paytaxt məktəblisi yeni sərinləndirici modeli hazırlayıb. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 56 nömrəli tam orta məktəbin IV sinif şagirdi David Mahmudovun hazırladığı model stolüstü sərinləndirmə funksiyasını yerinə yetirir. Modeli hazırlamaq üçün məktəbli ilk olaraq kartondan istifadə edərək sərinləndiricinin pərvanələrini düzəldib. Elektriklə işləyən modelin pərvanələri hər iki istiqamət üzrə hərəkət edə bilir.

Qeyd edək ki, bu, istedadlı məktəblinin hazırladığı ilk cihaz modeli deyil. Bundan öncə də məktəbli müxtəlif əşyalardan istifadə edərək bir sıra fərqli modellər hazırlayıb.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar evdə asudə vaxtından səmərəli istifadə edən məktəblinin yeni cihazların mexanizmini dərindən öyrənərək uğurla tətbiq etməsi onun texnologiya və robototexnikaya olan marağından irəli gəlir.