23.10.2013

Məktəblərdə son zəng çalindi

May ayının 31 – də Bakının bütün ümumtəhsil məktəblərində 2012 – 2013 – cü tədris ilinə yekun vuran “Son zəng” tədbirləri keçirildi. Saat 10:00 – da başlayan tədbirlər 3 saat boyunca məktəb ərazisində davam etdi. Həmin gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılan operativ qərargaha daxil olan məlumatlara görə tədbirlər zamanı heç bir insident qeydə alınmayıb.  Qeyd edək ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrini 21 minə yaxın şagird bitirdi. İyun ayının 2 – də isə Bakının IX və XI siniflərini bitirən şagirdlər mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verdilər.